Azərbaycanın Naxçıvan Muxtar Respublikasında üzüm altı torpaqların eko-meliorativ üsullarla və naxçıvan seoliti ilə münbitliyinin artırılması yolları
Main Article Content
Abstract
Məqalədə Naxçıvan MR -də üzümaltı torpaqlarda münbitliyinin ekomeliorativ yollarla artırılması, yaşıl sideratların t ətbiqi, samanla gübrələmə, peyinin və Naxçıvan Seolitinin ayrılıqda və birlikdə tətbiqi, həmçinin ətraf mühitin ekoloji çirkl ənmədən qorunması il ə ekoloji t əmiz m əhsul yetişdirilməsindən bəhs olunur. Torpağın tipind ən, mexaniki t ərkibindən, qida maddələrinin v ə humusun miqdarından asılı olaraq bu üsulların t ətbiqinin nəticələri verilmişdir. Naxçıvan kimi quraq bölg ədə yaşıl siderat kimi əsasən yabanı dənli bitkilərin toxumlarının avqust-sentyabr aylarında 3x2 m sxemli üzüm bağlarında hər ikinci cərgədə əkilməsi tövsiyə olunur. Yaşıl sideratlara qoyulan tələblər əsasında onlar t ənəklərlə rəqabət aparmamalı, rütub ət r əqabətində olmamalı, üzüm kollarının inkişafına mane olmamalı, yaşıl örtük əmələ gətirərək torpaqdan buxarlanmanının qarşısını almalı və alınmış yaşıl biokütlə kultivatir- frezlə torpağının üst qatında s əthi emal edil ərək dayaz qatda basdırılaraq münbitliyi artırmalıdır ki, biz buna t ədqiqtımızda əsasən nail olmuşuq. Üzüm bağlarında, eləcə də kənd təsərrüfatının bütün sahələrində torpağa heyvani mənşəli peyinlərin verilməsi formaları, peyin kompostunun verilm əsi, xüsusilə qara-mal peyininin verilm əsi, heyvandarlığın azalması s əbəbindən bu üsulun t ətbiqində problemlərin olması, h əmçinin samanla gübr ələmənin mənfi və müsbət tərəfləri, xüsusilə də eroziyaya qarşı da effekiv olmasının n əticələrindən bəhs olunur. Tərəfimizdən aparılmış t ədqiqatların n əticələrinə əsasən üzümçül ərə üsullar haqqında məlumatlar və dəyərli tövsiyələr verilir.
Article Details
References
Nəcəfov C.S. Naxçıvan Muxtar Respublikasının azyayılmış qiymətli üzüm sortlarının biomorfoloji v ə texnoloji-təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi. Kənd təsərrüfatı elm. nam. … dis. avtoref. Bakı, 2008, 20 s.
Cabbar Nəcəfov, Akim Axundov. Azərbaycanın Naxçıvan MR bölgəsinin üzüm bağlarında yüksək duzlu torpaqların meliorativ vəziyyətinə dair DOI: https://doi.org/10.51582/interconf.2024.187 For participation in the vii international scientific and practical conference scientific community: interdisciplinary research held on February 6- 8, 2024 in Hamburg, Germany, səh. 301- 307https://archive.interconf.center/index.php/conference- proceeding/article/view/5352
Cabbar Nəcəfov, Mirmahmud Seyidov. Naxçıvan Muxtar Respublikasında üzümlüklərdə əkinaltı torpaqların emalı məsələləri və münbitliyinin ekoloji yollarla artırılmasının tədqiqi https://orqaniknmr.ndu.edu.az/
Heydər Əsədov, Cabbar Nəcəfov. Naxçıvan Muxtar Respublikasında üzüm altı torpaqların üzvi və qeyri-üzvi maddələrlə meliorasiyasının prinsipial əsasları NDU konfrans 2024 https://orqaniknmr.ndu.edu.az/
Халилов Э.Н., Багиров Р.А. Природные цеолиты, их свойства, производство и применение. Баку, Берлин, 2002, 350 с.
Наджафов Джаббар, Ибрагимова Лейла, Асадов Гейдар. Деградация почв и их оптимизация в Нахчыванской АР ISSN 2218-5194, Известия ТулГУ науки о земле, Выпуск 4, Тула, Издательство ТулГУ, 2024, Стр. 3- 11https://tidings.tsu.tula.ru/tidings/pdf/web/preview_therest_ru.ph p?x=tsu_izv_earth_science_2024_04_a&year=2024
