İnklüziv şəraitdə təhsil alan şagirdlərə psixoloji yardimin göstərilməsi istiqamətində zəruri amillər

Main Article Content

Roza Darvin İsmayılova

Abstract

Dünyada tədqiq olunan bütün fəaliyyət sahələrində psixoloji biliklərə hər zaman ehtiyac vardır. Görülən işlərin daha effektiv nəticə verməsi, fəaliyyətin səmərəliliyini artırılması bilavasitə psixoloji biliklərin tətbiqi ilə əlaqədardır. Elə məhz buna görə də psixologiya elmi insanı ö yrənən elm sahələrindən biri kimi insana xidməti ilk sırada tutur. Müasir dövrdə qazanılan hər bir uğurun və qarşılaşılan çətinliyin səbəbləri araşdırılır və bu sahədə psixologiya elminin nailiyyətlərinə istinad olunur. Bəzən hər hansı böyük müəssisələrdə ilk baxışda hər şey öz yerində göründüyü halda, görülən işin nəticəsi bir o qədər də sevindirici və ürəkaçan olmur. İş prosesi zamanı əmək məhsuldarlığı aşağı düşə, şəxsiyyətlərarası münasibətlər pozula, iş kollektivi arasında münaqişələr yarana bilər. Bu cür hallarda problemin həlli yolu ilk olaraq həmin müəssisələrdə psixoloji xidmətin imkanlarından faydalanmaq, ehtiyacı olan insanlara psixoloji yardım göstərmək lazımdır. Dediyimiz işlər vaxtında həyata keçirilərsə, yəni, digər sözlə desək bu cür konfliktli situasiyalar zamanı psixoloqun müdaxiləsi müşahidə olunarsa, sahibkarlar iş prosesindən effektiv və məhsuldar nəticələr əldə edə bilər. Elə bu kimi situasiyalar səbəbindən də "psixoloji xidmət" anlayışı yaradılmış və yuxarıda adını çəkdiyimiz situasiyalarda özünə geniş yer tutmuşdur. İ nsanlara göstərilən psixoloji xidmət işi dünya təcrübəsində artıq çoxdan tətbiq olunmağa başlamış, bununla da inkişaf etmiş ölkələrin təhsil sisteminin vacib tərkib hissəsinə çevrilməyi bacarmışdır. Bu məsələ dünyada da öz aktuallığını qoruyub saxlamaqdadır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) uşaq hüquqları Konvensiyalarına qoşulan dövlətlər uşaqların fiziki, intellektual, əxlaqi, mənəvi, sosial inkişafı üçün tələb olunan maksimum şəraitin yaradılmasına çalışırlar.


Google Scholar


Article Details

How to Cite
İsmayılova, R. D. (2025). İnklüziv şəraitdə təhsil alan şagirdlərə psixoloji yardimin göstərilməsi istiqamətində zəruri amillər. Scientific Collection «InterConf», (235), 53–58. Retrieved from https://archive.interconf.center/index.php/conference-proceeding/article/view/9543

References

D.Ə.Dostuzadə. Z əifeşidən v ə sonradan karlaşmış uşaqların oxu teknikası və vərdişlərinin inkişafı üzr ə işin sistemi. Az ərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun Elmi əsərləri. 2005, N 4

BMT Dakar fəaliyyət çərçivəsi, Hamı üçün təshil: ümumi öhdəliklərin yerinə yetirilməsi (2000), Paris: UNESCO

Evdə təhsil almaq hüququ ver ən x əstəliklərin siyahısı v ə ev məktəbinin (v ə ya t əhsilinin) t əşkil edilm əsi qaydası haqqında Azərbaycan Respublikasının Nazirl ər Kabinetinin10 may 2002 -ci il tarixli 077 nömrəli qərarı

E.M.Kərimova. Az ərbaycanda xüsusi t əhsilin real v əziyyəti. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun Elmi əsərləri. 2009, N 3,4

Avcıoğlu, H. (2011). Zihin engelliler sınıf öğretmenlerinin bireyselleştirilmiş eğitim programı (BEP) hazırlamaya ilişkin görüşleri. Ankara Üniversitesi, Eğitim Bilimleri Fakültesi, Özel Eğitim Dergisi, 12(1) 39-53.

Batu, S., Kırcaali-İftar G., ve Uzuner, Y. (2004). Özel gereksinimli öğrencilerin kaynaştırıldığı bir kız meslek lisesindeki öğretmenlerin kaynaştırmaya ilişkin görüş ve önerleri. Ankara Üniversitesi, Eğitim Bilmleri Fakültesi, Özel eğitim Dergisi, 33-50.

Bilal, E., Dağ,İ., 2005, Eğitilebilir zihinsel engelli olan ve olmayan cocukların annelerinde stresi stresle başa cıkma ve kontrol odağının karşılaştırılması. Çocuk ve Gençlik Ruh Sağlığı Dergisi, 12(2),56-68