İkinci Qarabağ müharibəsindən sonra Şuşa şəhərində maarifin inkişaf etdirilməsi sahəsində görülən işlər və perspektivlər

Main Article Content

Şəbnəm Bünyadzadə

Abstract

Şuşanın 8 noyabr 2020-ci ildə azad edilməsi İkinci Qarabağ müharibəsinin hərbi kulminasiyası olmaqla yanaşı, Azərbaycanın suverenlik mübarizəsinin siyasi və mədəni simvoluna çevrildi. Azərbaycan Ordusunun meşə və dağlar vasitəsilə gizli irəliləyərək əlbəyaxa döyüşlərlə həyata keçirdiyi “Şuşa əməliyyatı” düşmən müdafiəsini qısa müddətdə yararaq erməni qüvvələrini geri çəkilməyə məcbur etdi; bu qələbədən dərhal sonra Ermənistan kapituliyasiya aktını imzalamağa razı oldu. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, atəşkəs elan olundu, Rusiya sülhməramlı kontingenti bölgəyə yerləşdirildi və Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarıldı. Beləliklə, Şuşa zəfəri 44 günlük müharibənin taleyini həll etdi və regionda yeni təhlükəsizlik reallığı yaratdı. Şuşanın azadlığı yalnız hərbi qələbə deyil, həm də mədəni intibahın başlanğıcı oldu.


Google Scholar


Article Details

How to Cite
Bünyadzadə , Şəbnəm. (2025). İkinci Qarabağ müharibəsindən sonra Şuşa şəhərində maarifin inkişaf etdirilməsi sahəsində görülən işlər və perspektivlər. Scientific Collection «InterConf», (274), 134–138. Retrieved from https://archive.interconf.center/index.php/conference-proceeding/article/view/7624

References

Azərbaycan Milli Elmlər Akademiyası. (2023). Şuşanın azad edilməsi Qarabağ Zəfərinin zirvəsi oldu. https://science.gov.az/az/news/open/26977.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi. (2021). Mədəniyyət beşiyi Şuşa. https://mod.gov.az/az/pre/38604.html.

Azərbaycan.az. (2020). Böyük Qayıdış. https://azerbaijan.az/information/911 .