İnformasiya-kommunikasiya texnologiyalarının müasir təhsil sistemində əhəmiyyəti

Main Article Content

Rəna Səfər Səfərova
Azadə Ələddin Süleymanova
Sevinc Rafiq İsmayılova

Abstract

Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət daşıyır. Müasir innovativ tədris metodlarının təcrübəyə gətirilməsi, İKT-dən təhsildə daha geniş istifadə müasir dərsi, çağdaş müəllimin fəaliyyətini şərtləndirən əsas amillərdir. İnnovativ təlim forma və üsullarını öz işində tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli müəllimlərin hazırlanması və innovativ idarəetmənin tətbiqi məsələləri də mühüm əhəmiyyət kəsb edir. Təhsil sisteminin inkişaf tendensiyası və pedaqoji innovasiyalar sahəsində müəllif məktəblərinin, novator müəllimlərin iş üsullarına dair toplanmış faydalı təcrübələr, pedaqoji-psixoloji tədqiqatların nəticələri daima sistemləşməni, ümumiləşməni və təlim-tərbiyə prosesinin məzmununun yeniləşdirilməsini tələb edir. İKT nin müasir təhsildə danılmaz əhəmiyyəti vardir. Bu da öz baris nümunəsini tədris proseslərində göstərmişdir. XXI əsrin əsas xüsusiyyətlərindən biri texnologiyaların həyatın bütün sahələrinə nüfuz etməsidir. Təhsil sahəsi də bu inkişafdan geri qalmayıb və İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) vasitəsilə yeni mərhələyə qədəm qoymuşdur. İKT yalnız təhsilin təşkili və idarə olunması üçün deyil, həm də təlimin keyfiyyətinin artırılması, interaktiv öyrənmənin təşviqi və müəllim-şagird münasibətlərinin inkişafı üçün mühüm vasitəyə çevrilmişdir. İKT - nin təhsildə əhəmiyyətn keyfiyyətinin artirilması, fərdi yanaşmanin təmin edilməsi, qlobal informasiya aləminə çıxışını təmin etməsidir. 1980-ci illərdən başlayaraq İKT təhsildə davamlı olaraq istifadə olunmağa başlanılıb. İKT bilikləri əsasən rəqəmsal texnologiya,kommuniksiya vasitələri və ya onlara bağlanmaq, idarə etmək,əlaqəyə girmək və məlumatlar yaradaraq bilik cəmiyyyətini formalaşdırmaq funksiyasını yerinə yetirir.Bilik mənbəyi kimi istifadə edilir. Biliklərin ötürülməsi vasitəsi kimi-axtarıb tapdığımız və ya öyrətdiyimiz öyrəndiyimiz bilikləri digərlərinə ötürmək. Cəmiyyət, məktəb, müəllimlər, şagird və tələbələr arasındakı əməkdaşlığı İKT dən istifadə etməklə inkişaf etdirməkdir.


Google Scholar

CrossRef

OUCI

Scilit

WorldCat

Index Copernicus

Semantic Scholar


Article Details

How to Cite
Səfərova, R. S., Süleymanova, A. Ələddin, & İsmayılova, S. R. (2025). İnformasiya-kommunikasiya texnologiyalarının müasir təhsil sistemində əhəmiyyəti. Scientific Collection «InterConf+», (57(248), 191–197. https://doi.org/10.51582/interconf.19-20.05.2025.018
Author Biographies

Rəna Səfər Səfərova, Az.MİU nəzdində İnşaat Kolleci

müəllim

Azadə Ələddin Süleymanova, Az.MİU nəzdində İnşaat Kolleci

müəllim

Sevinc Rafiq İsmayılova, Az.MİU nəzdində İnşaat Kolleci

müəllim

References

“Təhsildə qloballaşma və İKT “ mövzusunda beynəlxalq konfrans materialları Bakı, Azərbaycan, 17 – 19 may 2008 - ci il

Məmmədzadə R, Abdullayev A “Andraqogikaya giriş“ , Bakı – 2005, 167 s.

Mərdənov. M “ Əlavə təhsil hamı üçündür, “ Azərbaycan müəllimi “ qazeti 1-7 mart, 2001 – ci il

Müasir şəraitdə yaşlıların təhsili: problemlər və perspektivlər. (Respublika elmi konfransının materialları, 30 aprel 2009 ), Bakı, “ Müəllim“, 2009

Nəzərov A.“ Müasir təlim texnologiyaları “ Bakı – 2012, 103 s

Tağıyev A.H, Əmirov İ.B “İnnovasiya menecmenti“ Bakı, Təfəkkür – 2010, 192 s

Təhsil Nazirliyinin 18 aprel 2012 – ci il nömrəli əmri ilə təsdiq edilmiş “ Məktəbəqədər, ümumi, ilk peşə - ixtisas və mətəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlar üçün ixtisasartırma thsilinin kurikulum çərçivəsi “