Musiqi incəsənətin və estetik tərbiyənin bir növü kimi
Main Article Content
Abstract
Respublikamızda yeni insanın hərtərəfli inkişafına şərait yaratmışdır. Yetişməkdə olan gənc nəslin şəxsiyyət kimi formalaşmasında estetik tərbiyənin çox böyük əhəmiyyəti vardır. Estetik fərbiyənin əsas məqsədi uşaqları incəsənətə onun növləri olan ədəbiyyat, təsviri ncəsənət, musiqi, teatr və s. bədii yaradıcılıqla tanış etməkdir. Musiqi incəsənətin bir növü kimi estetik tərbiyənin əsas vasitələrindən biridir. Hamıya məlumdur ki musiqi insanda müsbət hisslər doğurur. Bu hisslər həm insanın əqlinə, həm iradəsinə, həm də davranış rəftarına təsir edir,onun mənəviyyatını saflaşdırır, eyni zamanda onlarda gözəllik duyğusunu gözəllikdən həzz almaq qabiliyyətini inkişaf etdirib formalaşdırır. O, uşağın fiziki, əqli, əxlaqi tərbiyəsi sahəsində qarşıda duran vəzifələrin həyata keçirilməsinə kömək göstərir. Bizim doğma Vətənə insanlar arasındakı xoş və səmimi münasibətlər, xalqın xoşbəxtlik və səadəti üçün göstərilən cəhd bu cəmiyytin möhkəm ideya əsasını təşkil edir. Respublikmızın Məktəbəqədər müəssisələrində musiqi məşğələlərinin təşkili üzrə aparılan işləri aşağıdakı şəkildə qruplaşdırmaq olar: – Azərbaycan musiqisinin müxtəlif janrlarından olan nümunələri dinlənilərək onların mövzusu, emosional məzmunu, tempi, ritmi, dinamik çaları təntənəli, şən, sakit, qəmli, qəhrəmani əzmi, cəld, oynaq xarakteri aydınlaşdırılmalıdır. – Musiqili ritmik hərəkətlərin ifası zamanı Azərbaycan xalq musiqisinin ritminə uyğun yerində addımlamağı, əl çalmağı, qaçmağı və müxtəlif rəqs elementlərini yerinə yetirməyi öyrətmək lazımdır.
Article Details
References
Abdullayeva T., Hüseynov T. - Musiqinin tədrisi metodikası. Bakı: Maarif, 2015.
Əlizadə A., Quliyeva S. - Musiqi pedaqogikası: əsas prinsiplər və tədris metodları. Bakı: Təhsil, 2018.
Məmmədova G. - Azərbaycan xalq musiqisinin tədrisi və tərbiyəvi əhəmiyyəti. Bakı: Şərq-Qərb, 2020.
Qafarov İ. - Musiqi nəzəriyyəsi və təlim metodikası. Bakı: Elm, 2013.
Rəhimova S. - Orta məktəbdə musiqi dərslərinin təşkili və aparılması. Bakı: Təhsil Nəşriyyatı, 2017.
