Təhsildə bərabərlik: imkanlarin artirilmasi üçün beynəlxalq təcrübələr

Main Article Content

Aytən Təmraz Daşdəmirova

Abstract

Xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs sağlamlıq imkanları məhdud şəxs, xüsusi şərait yaratmaqla sağlamlıq imkanları məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-ixtisas təhsili isə xüsusi təhsil adlanır. Xüsusi şərait dedikdə, sağlamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətləri alması üçün yaradılmış şərait başa düşülür. Xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət vərdişlərinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir. XTE olan uşaqların təhsili ilə məşğul olan hər kəsin nəzərə almalı olduğu bir sıra əsas prinsiplər mövcuddur. XTE olan uşaqlar ilə işləyərkən aşağıdakı məqamları nəzərə almaq vacibdir: Bir uşağın XTE varsa, tədris nəzərə alınmalı və uşağın şəxsi ehtiyaclarına, ritminə və öyrənmə tərzinə uyğunlaşdırılmalıdır. Geniş, balanslı və uyğun bir təhsil olmalıdır.


Google Scholar

CrossRef

OUCI

Scilit

WorldCat

Index Copernicus

Semantic Scholar


Article Details

How to Cite
Daşdəmirova, A. T. (2025). Təhsildə bərabərlik: imkanlarin artirilmasi üçün beynəlxalq təcrübələr. Scientific Collection «InterConf+», (53(232), 66–69. https://doi.org/10.51582/interconf.19-20.01.2025.007
Author Biography

Aytən Təmraz Daşdəmirova, Azərbaycan Dövlət Pedaqoji Universiteti

müəllim

References

E.M.Kərimova, S.Ə.Qasımov, İ.Sultanova, T.Ağayeva. İnklüziv təhsil sistemində ailə-məktəb, məktəb-valideyn münasibətləri. Bakı, 2006. Oka-ofset nəşri.

Əliyev R.İ. Məktəbdə psiхоlоji хidmətin aktual məsələləri. Bakı: Nurlan, 2004, 80 s.

Əlizadə Ə.Ə. İstedadlı uşaqlar. Psiхоpedaqоji məsələlər. Bakı: ADPU, 2005, 351 s

H.Ə.Əliyev. “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili (Xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu. “Təhsil xəbərləri” 2002, N 1

“Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 274 N-li fərmanı

İ.H.Əliyev. Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)

Qədirоv Ə.Ə. Yaş psiхоlоgiyası. Bakı: Maarif, 2002, 396 s.

R.Cabbarov, K.Əliyeva “Pedaqoji psixologiya”, Bakı, 2011, 243 s