Ədəbiyyatşünaslıqda heca vəzninin nəzəri problemləri: müasir yanaşma və tarixi dəyərlər
Main Article Content
Abstract
Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur. Məlumdur ki, hər bir sözdə olan hecaların sayı orada işlənən sait səslərlə ölçülür. Sözdə neçə sait işlənirsə, bir o qədər də heca olur. Buradan da deyə bilərik ki, şeirdə misraların, sətirlərin ölçüsündən, hecaların sayından bəhs edən elmə vəzn deyilir. Azərbaycan milli şeirində ta qədim zamanlardan indiyə qədər ölçü ən çox tələb olunan poetexniki şərtlərdən biri olub. Odur ki, şeirimizdə ən çox işlənən və ən doğma vəzn də heca vəzni olmuşdur. Prof. A.Axundov yazır: “Məlumdur ki, heca vəzninin iki mühüm şərti var: ölçü və bölgü. Bunlardan birincisi misralardakı hecaların sayının bərabərliyinə, ikincisi isə misralardakı heca mikroqruplarının uyğunluğuna əsaslanır. Heca vəzninin ən mühüm şərti heç şübhəsiz, ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir.
Article Details
References
Araslı H. Azərbaycan ədəbiyyatı tarixi məsələləri. – Bakı: Elm, 1973. – 356 s.
Arif M. Azərbaycan şeirinin vəzn və ritm problemləri. – Bakı: Maarif, 1980. – 240 s.
Ağayev Ə. Azərbaycan şeirinin inkişaf mərhələləri. – Bakı: Elm, 1982. – 290 s.
Hacıyev T. Azərbaycan epik şeir sistemi. – Bakı: Elm, 1994. – 412 s.
Əhmədov B. Azərbaycan xalq ədəbiyyatı. – Bakı: Şərq-Qərb, 2000. – 520 s.
Qarayev Y. Ədəbiyyat nəzəriyyəsi. – Bakı: Elm, 1998. – 340 s.
Axundov A. Azərbaycan poeziyasında forma və məzmun. – Bakı: Maarif, 1977. – 210 s.
Əliyev R. Şeir nəzəriyyəsi. – Bakı: Elm və Təhsil, 2005. – 276 s.
Cəfərli M. C. Azərbaycan folklor poetikası. – Bakı: Elm və Təhsil, 2010. – 368 s.
Ziyadxanov Ə. Nəzəri poetika: Vəzn, ritm, qafiyə məsələləri. – Bakı: Elm, 2015. – 284 s.
Google Scholar. Heca vəzni, ritm nəzəriyyəsi və poetika üzrə məqalələr. [https://scholar.google.com](https://scholar.google.com)
TÜBİTAK ULAKBİM. Türkoloji elmi məqalələr bazası. https://ulakbim.gov.tr](https://ulakbim.gov.tr)
e-azerbaijanlit.az. Azərbaycan ədəbiyyatı üzrə elmi məqalələr toplusu. [https://e-azerbaijanlit.az](https://e-azerbaijanlit.az)
