Ali mәktәblәrdә ingilis dilinin tәdrisi metodikasına dair inkişaf perspektivlәri
Main Article Content
Abstract
Son zamanlar təhsil sahəsində aparılan islahatlar, beynəlxalq təcrübənin öyrənilməsi və ümumiləşdirilərək yerli şəraitə səmərəli tətbiqi bir neçə fənlərin tədrisində mühüm nəticələr əldə etməyə imkan yaratmışdır. Biz bu gün təlim prosesində gedən inkişafdan danışarkən artıq on il bundan əvvəl tətbiq edilən metod və üsullara köhnəlmiş kimi yanaşırıq. Bu məsələ xüsusilə xarici dillərin tədrisində özünü göstərir. Uzun illər metodistlər və alimlər xarici dillərin tədrisində çatışmazlıqların olduğunu qeyd edərək onun tədrisində optimal yolların axtarışında olmuşlar. Dünyada baş verən hadisələr, qloballaşma kimi önəmli inkişaf və texnikanın bütün sahələrində tərəqqi, texniki xarici dil sahəsinin inkişafını daha ön plana çəkməkdədir. Burada ən mühüm iki problemin həllinin çətinlikləri ilə üzləşirik: 1. Xarici dil mütəxəssisinin (müəllim, tərcüməçi) texniki dilə yiyələnməsi 2. Hər hansı bir (səhiyyə, texniki elmlər üzrə) mütəxəssisin texniki xarici dilə yiyələnməsi Dərindən təhlil edəndə aydın olur ki, hər hansı bir xarici dil mütəxəssisi bir çox texniki elmlərə dərindən, mükəmməl, elmi səviyyədə yiyələnə bilməz. Çünki, əvvəla o humanitar elmlər sahəsində (dilçilik) ixtisaslaşıb, həm də texniki elmləri bilmək onun vəzifəsi deyil. Lakin elm və texnika durmadan inkişaf edir, yeni avadanlıqlar, ixtiralar, kəşflər, elmi nailiyyətlər ümumbəşəri xarakter alır, ehtiyaclar və zərurətlər onlardan bütün cəmiyyətdə öz ana dilində oxuyub başa düşmələri və istifadə edə bilmələri üçün şərait yaratmağı tələb edir.
Article Details
References
D. Grant, R. Larty. Business Basics. Oxford University Press, 2015.
İ. İmanakuminova, U. Musayeva, T. Tentimisheva. Lesson samples for ESP teachers. Karakol, 2016.
Professional English in Use: For computers and the internet. Cambridge, 2007.
Абрамова, И.Г. Активные методы обучения в системе высшего образования/ И.Г. Абрамова. - М.: Гардарики, -2008. -368 с.
Берман, И.М. Очерки методики обучения чтения на иностранном языке / И.М. Берман: под ред. И.М. Бермана, В.А. Бухбиндера. –Киев: Вища шк. Изд-во при Киев. гос. ун-те, -1977. -175 с
Василевич, А.П. Учим детей английскому языку/ А.П. Василевич //Иностр. яз. в шк. -2009. No 4. -С.75-80.
Никитенко, З.Н. Личностно-развивающее иноязычное образование в начальной школе: Монография/ З.Н. Никитенко. -М.: Промитей, -2019. -355 с.
Пассов, Е.И. Урок иностранного языка/Е.И. Пассов, Н.Е. Кузовлева. - Ростов н/Д : Феникс; Глосса-Пресс, 2010. – 640 с.
Суворова, Н.А. Интерактивное обучение: Новые подходы/ Н.А. Суворова. -М.: Учитель. -2000. -No1. -С. 25-27
Толстых, Н.Х. Интерактивные приемы школьного обучения /
Н. Х. Толстых. - М.: Просвещение, - 2013. - 45 с.
