Rəqəmsallaşdırılmış cəmiyyət: «Ağıllı ev» kontekstində
Main Article Content
Abstract
Müasir dövrün insanları bir çox rutin əməliyyatları avtomatlaşdıran cihazlar və sistemlərlə əhatə olunmuşlar. Burada əsas şərt insanın ehtiyaclarını qarşılayan məlumatı minimum vaxt sərmayəsi ilə almasıdır, bu da rahatlıq səviyyəsinin artmasına köməklik edir. “Ağıllı Ev” sistemi rahatlıq və yaşayış təhlükəsizliyi səviyyəsinin artırılmasına yönəlmişdir. Rahatlıq üçün vacib şərt insanın ehtiyaclarına uyğunluğudur. Sistemin əsas tələblərindən biri avtomatlaşdırılmış yaşayış evi, həyatı dəstəkləyən sistemlər üçün vahid bir idarəetmə sisteminin olmasıdır. Məqalədə “Ağıllı ev” sisteminin layihələndirilməsi mərhələlərinə baxılmışdır. Eyni zamanda məlumat emal cihazlarının tətbiqinin xüsusiyyətləri təhlil olunmuşdur. Müasir ağıllı ev sistemlərində nəzarət mobil və ya sabit rabitə texnologiyaları vasitəsilə həyata keçirilir. İdarəetmə mərkəzi internetə və avadanlıq təchizatçısının bulud server xidmətinə və ya “ağıllı ev” xidmət təminatçısına qoşula bilər. Bu cür həll proqram təminatının tətbiqini və “ağıllı ev” ilə qarşılıqlı əlaqəni əhəmiyyətli dərəcədə sadələşdirməyə imkan verir. Xüsusi proqramdan və ya veb-interfeysdən istifadə etməklə sistemin bütün parametrlərinin idarə edilməsi həyata keçirilir: qurğular yandırılır və ya söndürülür, onların icrası və arzuolunan parametrləri təyin edilir. Avtomatlaşdırılmış ev və ya “Ağıllı ev” ev cihazlarının insan müdaxiləsi olmadan müəyyən gündəlik vəzifələri, hərəkətləri həll edə bilən sistemlərdir. İlk dəfə “Ağıllı ev” sisteminin tərifi Vaşinqton İntellektual Elmi araşdırmalar institutunda formalaşdırıldı. Tərifə görə ağıllı ev bir binadır, iş sahəsində avadanlıqların məhsuldar və səmərəli istifadəsini təmin edir. “Ağıllı ev” sistemi yerli şəbəkədə və internetə daxil olan hər hansı bir mobil cihazdan və ya kompüterdən istifadə edərək real vaxt rejimində idarəetmə imkanı verir. Strukturlaşdırılmış kabel sistemlərinin quraşdırılması olduqca mürəkkəb və bahalı prosesdir. Buna görə istifadəçidən və sensorlardan sistemə məlumat ötürülməsi simsiz texnologiyalar vasitəsilə həyata keçirilir.
Article Details
References
Авдеев А.С. Разработка систем автоматизации жилых и офисных помещений «Умный Дом» // Сборник научных трудов студентов «Катановские чтения», 2014» c. 142143.
Авдеев А.С., Герасимова А. И. Основные проблемы программирования систем «Умного Дома» // Перспективы науки. 2014, c. 6265.
Елисеев Н. Технология х10: управление "умным домом". – Электроника: НТБ, 2007, № 7, с. 32–36.
Кокорева И. Системы "Интеллектуальное здание" и "Умный дом": эффективные решения и новейшие разработки. – Электроника: НТБ, 2008, № 7, с. 22–27.
Лукичева Д. Системы домашней автоматизации от компании TELETASK.– Электроника: НТБ, 2008, № 7, с. 36–38.
Минаков Д. Интегрированные системы управления: области применения.– Электроника: НТБ, 2007, № 7, с. 40–42.
