Azərbaycan dilinin söztörəmə prosesində başlanğıc samitlərin prefiksal mövqeyi

Main Article Content

Nazile Yusifova

Abstract

Hər hansı dildə yeni söztörəmə prosesi informasiya intensivliyinin zəruri tələblərinə uyğun olaraq baş verir. Söztörəmə prosesi dillərin şəkilçisizlik mərhələsində ümumi bir qayda kimi ya omonimlərin yaranması ilə və ya eyni monosillabik kökün tərkib hissəsində fonetik elementlərin dəyişməsi yolu ilə tənzim edilmişdir. Şəkilçisizlik mərhələsinin söztörəmə prosesində sait başlanğıclı sözlərə samit əlavəsi də derivativ xarakter daşımışdır. Azərbaycan dili tipoloji quruluşca aqlütinativ mexanizmə əsaslansa da ilkin derivasiya prosesinə aid prefiksal samit elementlərinin iştirakı ilə baş verən söz törəməsi nümunələrinə bu dildə də rast gəlmək olur. Bu üsulla yaranan törəmələrdə əsas prinsip odur ki, həmin törəmələr eyni kök üzərində formalaşdığı üçün onlarda daxili semantik bağlılıq müşahidə edilir. Məsələn, an (bilmək, xatırlamaq) kökünə q- əlavəsi ilə qanmaq (anlamaq), s-əlavəsi ilə sanmaq (düşünmək) d-əlavəsi ilə danmaq (bildiyini inkar etmək) törəmələri formalaşır. Rus dilində ad – (cəhənnəm) kökünə y-əlavəsi ilə яд (zəhər), q-əlavəsi ilə гад (rəzil, alçaq), гадкий (pis, murdar, rəzil), r əlavəsi ilə əks mənalı рад (şad), радость (şadlıq, fərəhli), ingilis dilində all (bütün, bütöv, tam) kökünə b-əlavəsi ilə ball (şar, kürə, topa), h-əlavəsi ilə hall (zal, bina), t-əlavəsi ilə tall (uzun, hündür) kimi törəmələr formalaşmışdır.


Google Scholar

CrossRef

OUCI

Scilit

WorldCat

Index Copernicus

Semantic Scholar


Article Details

How to Cite
Yusifova, N. (2025). Azərbaycan dilinin söztörəmə prosesində başlanğıc samitlərin prefiksal mövqeyi. Scientific Collection «InterConf+», (58(252), 97–101. https://doi.org/10.51582/interconf.19-20.06.2025.013

References

Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, Azərb. SSR EA nəşr., 1964, red: Rüstəmov və b. 476 s.

Алекперов А.К. Лексическая семантика простых глаголов в современном азербайджанском языке. Баку, “Элм”, ред: М.Ш.Ширалиев, 1983, 156 с.

Azərbaycanca-rusca lüğət: e obastan.com (azerbaycanca-rusca-luget/ev/

Cəfərov S. Müasir Azərbaycan dili. 4 hissədə, II h., Leksika, red: B.Əhmədov, Bakı. Şərq-Qərb, 2007, 192 s.

Dəmirçizadə Ə. Azərbaycan dilinin üsulibiyyat. Bakı, Azərtədrisnəşr, 1962, 270 s.

Джафаров С. Фонетическая структура первичных слов в тюркских языках. (На материале Азербайджанского языка). S.M.Kirov adına ADU-nun Elmi Əsərləri, Dil və ədəbiyyat ser., 1979, № 6, s. 11-13.

Древнетюркский словарь. Ленинград, Наука, ред: В.М.Наделяев и др., 1969, 676 с.

Hüseynzadə M. Müasir Azərbaycan dili, 4 hissədə, III h., Morfologiya, red. T.Hacıyev, Bakı, Şərq-Qərb, red: T.Hacıyev, 280 s.

Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası. 2 hissədə, I h., Bakı, Nurlan, 2007, 280 s.

Kazımov Q. Müasir Azərbaycan dili. Red: T.Müzəffəroğlu və b., rəy: F.Xalıqov və b., Bakı, Elm və təhsil, 2010, 400 s.

Ганиев Ф. Фонетическое словообразование в татарском языке. Казан, Казанское Книжное издательство, 1973, 39 с.

Yusifov M. Linqvistik tipologiya. Bakı, Elm və təhsil, red: Ə.Quliyev, rəy: T.Quliyev və b., 2017, 184 s.